"Rio-2016": ABŞ medal sıralamasında liderliyini davam etdirir
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında dörd günlük gərgin idman mübarizəsindən sonra 47 ölkənin atletləri medallara sahib ola biliblər.

Aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 32-ci sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə altı ölkə var - Danimarka, Malaziya, Monqolustan, Filippin, Slovakiya və Türkiyə.

Hazırda Olimpiadaya hesabında 9 qızıl, 8 gümüş və 9 bürünc medal olan ABŞ liderlik edir. Çin 8 qızıl, 3 gümüş, 6 bürünc medalla ikinci, Macarıstan 4 qızıl, 1 gümüş və 1 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu Avstraliya (4-0-5), Rusiya (3-6-3), İtaliya (3-4-2), Koreya Respublikası (3-2-1), Yaponiya (3-1-10), Fransa (2-3-1) və Tailand (2-1-1) tamamlayır.

Xəbər 1135 dəfə oxundu.