Cüneyt Çakıra “Rio-2016”da növbəti təyinat verilib
Türkiyəli FİFA referisi Cüneyt Çakıra növbəti təyinat verilib.

Çakır Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Cənubi Afrika Respublikası və İraq komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.

Türkiyəli hakim matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Oyunun baş hakimi isə ekvadorlu Roddi Zambranodur. Baş hakimin köməkçiləri həmyerliləri Kristian Leskano və Biron Romero olacaqlar.

Qeyd edək ki, görüş avqustun 10-da oynanılacaq.

Xəbər 669 dəfə oxundu.