Yığmamız Tacikistanla heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci oyununu keçirib. Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2.

Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Xatırladaq ki, millimiz ilk oyununda İran yığmasına 0:3 hesabıyla uduzmuşdu.

Xəbər 642 dəfə oxundu.