Nicat Şıxəlizadə Olimpiadada mübarizəni dayandırıb
Cüdo üzrə milli komandamızın üzvü Nicat Şıxəlizadə də bu gün mübarizəyə qoşulub. 66 kq çəkidə mübarizə aparan cüdoçumuz ilk görüşündə qələbə qazanıb. Həmyerlimiz İspaniya təmsilçisi Suqoi Uriarteyə qalib gəlib.

İkinci cəhdində Nicat Şıxəlizadə İtaliya idmançısı Fabio Basileyə məğlub olaraq Olimpiadada iştirakını başa vurub.

Xəbər 736 dəfə oxundu.