Debütdə yarımfinal vəsiqəsi
Oyunların ikinci medallı yarış günü dörd idmançımız mübarizə meydanlarına atıldı. Bu gün daha bir idman növündə ölkəmizi olimpiya debütünü etdi və bu çıxış uğurla yadda qaldı.

Kanoe-slalm parkurunda Yure Meqliç müvafiq nbv üzrə təklərin kayak yarışında ilk cəhdini 14-cü yerdə başa vurdu. O, 15-ci qapıda qayda pozuntusuna görə 2-saniyəlik cərimə xalını da nəzərə alanda, 95,12 saniyə ilə finişi keçib, liderdən 8,27 saniyə geri qaldı. İkinci cəhdində o, daha uğurlu nəticə göstərərək, məsafəni daha qısa zamanda və cəriməsiz keçdi. 90,7 saniyə Meqliçin əsas nəticəsi kimi qəbul edilərək, o ilk onluğun astansına qədər irəliəyib, 11-ci yerdə qərarlaşdı və bununla yarımfinal mərhələsinə vəsiqə əldə etdi. O, avqustun 10-da yenidən mübarizəyə qoşulacaq.

Xəbər 927 dəfə oxundu.