Orxan Səfərov mübarizəni başa vurdu - YENİLƏNİR
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti mərhələyə yüksəlib.

Cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb. İdmançımız səkkizdəbir finalda yerli idmançı Felipe Kitadaini ipponla məğlub edib.

Orxan Səfərov yarımfinalda qazaxıstanlı Yeldos Smetova uduzub. idmançımız bürünc medal uğrunda görüşdə yaponiyalı Naohisa Takotaya məğlub olaraq mübarizəni başa vurub.

Fotolar: Dilavər NƏCƏFOV

Xəbər 1184 dəfə oxundu.