Azərbaycan avarçəkənləri “Rio-2016”nın yarımfinalına yüksəliblər
“Rio-2016”nın avarçəkmə yarışlarına Azərbaycan idmançıları uğurla başlayıblar.

İki min metr məsafəyə ikinəfərlik qayıqla yarışda Aleksandr Aleksandrov-Boris Yotov ilk yürüşdə Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqibləri ilə mübarizə aparıb.

Təmsilçilərimiz 6 dəqiqə 40.52 saniyəlik nəticə ilə yürüşü ikinci sırada başa vuraraq yarımfinala yüksəliblər.

Xəbər 2237 dəfə oxundu.