Avstriyanın “Qarabağ” klubu “Trabzonspor” ilə yoldaşlıq oyunu keçirəcək
Avstriyada azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir.

“Qarabağ” avqustun 7-də yoxlama görüşü keçirəcək. Macarıstanda baş tutacaq yoxlama oyununda rəqib Türkiyənin “Trabzonspor” klubu olacaq. Matç yerli vaxtla saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klubdur. Azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriyanın II Landesliqanın çempionu olub. Klubun prezidenti Orxan Vəliyev ali təhsili Avstriya Dövlət İqtisad Universitetində alıb. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdir.

Xəbər 732 dəfə oxundu.