Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayı üçə enib
Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayı üçə enib.

Seçim Antuan Qrizman, Kriştiano Ronaldo və Qaret Beyl arasında olacaq.

Luis Suares dördüncü, Lionel Messi isə beşinci pillədə qərarlaşıb.

Qalibin adı avqustun 25-də Monakoda keçiriləcək mərasimdə açıqlanacaq.

Xatırladaq ki, bunadək həmin mükafatı Lionel Messi (2011-ci il, 2015-ci il), Andres İnyesta (2012-ci il), Frank Riberi (2013-ci il) və Kriştianu Ronaldu (2014-cü il) qazanıb.

Xəbər 661 dəfə oxundu.