UEFA Avropa Liqası: “Qarabağ”ı asan, “Qəbələ”ni isə çətin rəqiblər gözləyir
Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq təmsilçilərimizin növbəti rəqibləri bəlli olacaq.

“Qarabağ” səpələnmişlər, “Qəbələ” isə səpələnməmişlər qrupunda yer alacaq.

Bu da ağdamlıların növbəti mərhələdə reytinqcə özündən aşağı, “Qəbələ”nin isə yüksək əmsallı rəqiblə qarşılaşacağı anlamına gəlir.

“Qarabağ”ın potensial rəqibləri: “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Arouka” (Portuqaliya), “Qrashoppers” (İsveçrə), AEK (Kipr), “Voyvodina” (Serbiya), “İstanbul Başakşehir” (Türkiyə), “Brondbü” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Osmanlıspor” (Türkiyə), “Slaviya” (Çexiya), “Göteborq” (İsveç), “Dinamo” (Gürcüstan), “Lokomativa” (Xorvatiya”), “Trençin” (Slovakiya), “Beytar” (İsrail), “Sseneryusk” (Danimarka), “Şkendiya” (Makedoniya), “Partizani” (Albaniya).

“Qəbələ”nin potensial rəqibləri: “Şaxtyor” (Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “Alkmaar” (Hollandiya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Genk” (Belçika), BATE (Belarus), “Sent-Etyen” (Fransa), “Gent” (Belçika), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Çexiya), “Maribor” (Sloveniya), “Makkabi” (İsrail, Təl Əviv), “Austriya” (Avstriya), “Vest Hem” (İngiltərə), “Panatinaikos” (Yunanıstan), “Midtyulland” (Danimarka), “Sassulo” (İtaliya).

Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək.

Xəbər 757 dəfə oxundu.