Soçi-2014 sikkələrdə əbədiləşəcək
Rusiyda 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş sikkələrin buraxılışı başlayıb. İdman.com.az saytının məlumatına görə, üzərində olimpiadanın rəmzləri olan 25-rublluq sikkələr 10 milyon tirajla çıxarılıb. Ümuümiyyətlə, bu il müxtəlif əyar və olimpiya oyunları proqramına daxil olan «Müasir idman növləri», «Soçinin flora və faunası», «İlk Qış Olimpiya Oyunlarının idman növləri», «Rus qışı» mövzularında 12 cür sikkənin vurulması planlaşdırılır.

Sentyabrda isə qiymətli daşlardan hazırlanmış sikkələr də satışa çıxarılacaq. Onların arasında «Rus qışı» kolleksiyasına daxil olan 100 rublluq gümüş sikkələr olacaq. 50 rublluq sikkələrdə isə «Konkisürmə idmanı» və «Xizəksürmə idmanı» mövzusunu əhatə edəcək.

Qeyd edək ki, 2011-ci ildə 12 adda sikkələr buraxılmışdı və onlara böyük maraq olduğu üzə çıxmışdı.Ümumən 2011-2014-cü illər proqramında 46 çeşiddə xatirə və investisiya sikkələrinin istehsal olunması planlaşdırılır. Qızıl, gümüş və əlvan metallardan hazırlanacaq sikkələrin sayı 36,7 milyon olacaq.

Xəbər 1082 dəfə oxundu.