“Rio-2016”: Azərbaycan cüdoçularının ilk rəqibləri Peru, İspaniya, Rusiya və Latviya təmsilçiləridir
Sabah “Rio-2016” Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start veriləcək.

Dörd illiyin mötəbər yarışında ölkəmizi 6 cüdoçu təmsil edəcək. Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Avqustun 6-da tatami üzərinə çıxacaq Orxan Səfərovun (60 kq) ilk rəqibi perulu cüdoçu Xuan Postiqos olacaq. Mübarizəyə avqustun 7-də qoşulacaq Nicat Şıxəlizadə (66 kq) İspaniya idmançısı Suqoi Urarte ilə münasibətlərinə aydınlıq gətirəcək. Mötəbər yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Məmmədəli Mehdiyev avqustun 9-da rusiyalı Kirill Denisov ilə üz-üzə gələcək. İki gün sonra Elmar Qasımov (100 kq) rusiyalı Tahir Xaybullayev ilə qarşılaşacaq. Avqustun 12-də Uşanqi Kokauri Rio tatamisində latviyalı Arturs Nikiforenkodan güclü olmağa çalışacaq.

İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) avqustun 8-də Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Cüdo yarışları avqustun 6-dan 12-dək keçiriləcək.


Xəbər 716 dəfə oxundu.