«Rio-2016»: Mükafat nə olacaq?
Ekoloji cəhətdən ən təmiz olimpiada elan edilmiş Rio Oyunlarının medalları bu il iyunun 14-də təqdim edildi. Onun üzərində, ənənəvi olaraq, Afina Panatinaikosu və Akropolisinin fonunda ilahə Nikanın təsviri var. Əks üzündə isə dəfnə yarpaqları ilə əhatələnmiş Oyunların emblemi yer alıb. Medalçıların adları lazer şüası ilə medalın kənarlarına həkk ediləcək. Qızıl medal civəsiz aşqarlardan, gümüş və bürünc isə 30 faizi yenidən emal edilmiş materiallardan hazırlanıb. Onun qutusu pazşəkilli Kordi ağacından hazırlanıb. 2488 ədəd medal Braziliya zərbxanasında vurulub.

Xəbər 1245 dəfə oxundu.