«Rio-2016»: Kimin nə qədər vəsiqəsi var
207-dək ölkənin təmsilçisinin iştirakı ilə keçiriləcək yarışlara xüsusi dəvətləri də nəzərə alsaq, 10 min 500 idmançı vəsiqə əldə edib. Onlar avqustun 21-dək 28 növ üzrə 306 medal dəsti uğrunda mübarizə aparacaq. Ölkələrin lisenziya paradına ABŞ başçılıq edir. Bu ölkə 500-dən artıq idmançı ilə (555 nəfər) olimpiadaya yollanan yeganə ölkədir. Hətta ev sahibinin idmançı sayı da bu həddə çatmır - 465 nəfər. 300-idmançılıq qrossmeyster həddini Almaniya (425), Çin (413), Avstraliya (410), Fransa (395), Böyük Britaniya (366), Yaponiya (330), Kanada (315) və İspaniya (305) keçiblər.
Ölkəmiz olimpiadada 18 idman növü üzrə 56 idmançı yarışlara qatılacaq. Hazırda Azərbaycan idmançılar paradında, yəni iştirakçı sayına görə 53-55-ci yerləri (Finlandiya və Mərakeş ilə) bölüşdürür.

Xəbər 816 dəfə oxundu.