Mahir Məmmədov namizədlərin turnirindən danışdı
Rusiyanın chess-news.ru saytı Tiflisdə qadınlar arasında sürətli şahmat üzrə ŞPA Kubokunun son günü yarış məkanına gələn turnirin sponsoru «SOCAR Energy Georgia»nın direktoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovdan müsahibə götürüb. İdman.com.az saytı məlumat verir ki, Mahir Məmmədov Londonda keçiriləcək namizədlər turniri barədə bir-neçə sualı cavablandırıb:

«Anladığım qədər yanvarın 31-dək cəmisi 2 müraciət ərizəsi olmuşdu: bizdən və Bolqarıstandan. Bizim imkanlarımız heç də pis deyildi. FİDE-nin Əmirliklərdəki prezident şurasından sonra bizə belə bir müraciət oldu ki, «Aqon» yaxın 10-12 il üçün namizədlər turnirinin öhdəliklərini üzərinə götürsə və budəfəki matçı London qəbul etsə, bizsə ərizəmizdə qeyd etdiyimiz maliyyə iştirakçımızı saxlasaq necə olar?».

Mahir Məmmədov bu təklifin onun və Azərbaycan Şahmat Federasiyası üçün gözlənilməz olduğunu təsdiqləyib: «Biz gözləyirdik ki, Aronyan turnirin Bakıda keçirilməsinə razılıq verəcək. Onun gəlişi boksçuların gəlişi deyil».

Xəbər 1252 dəfə oxundu.