«Rio-2016»: canlı rəmzlər kimlərdir
Braziliya flora və faunasını təcəssüm etdirən canlı rəmzlər Vinisiuş və Tomdur. Onlar 2014-cü il noyabrın 24-də təqdim ediliblər. Bir ay sonra - dekabrın 15-də keçirilən səsvermə nəticəsində onların adları da məlum olub. "Balaca şair" ləqəbli məşhur nəğməkar şair Markuş Vinisiuş da Kruz e Mellu Moraeşin adı verilmiş gülərüz olimpiaya maskotu ölkənin zəngin heyvanat aləminin rəmzidir və haradasa gülən pişiyi xatırladır. Göy və yaşıl tonlarda işlənmiş digər maskot isə paralimpiadanın rəmzidir və məşhur ifaçı bəstəkar Tom Jobimin xatirəsinə adlandırılıb. Keçirilən səsvermə zamanı (323 min 327 nəfər) 3 qoşa ad arasında rəqabətin yekunları isə belə olmuşdu. Vinisiuş və Tom -44 faiz, Oba və Eba - 38 faiz, Tiba-Tuki və Eskidim -18 faiz.

Xəbər 1136 dəfə oxundu.