«Rio-2016»: Loqotip nəyi rəmz etdirir
Heç bir olimpiya oyunları formalaşmış müəyyən rəmzlərin müşayiəti ilə ənənələr, ayin və mərasimlər olmadan keçmir. Oyunların 2010-cu il dekabrın 30-da təqdim edilən LOQOTİPinin tərtibatını yerli "Tatil Design" studiyası verib. 139 şirkətin layihəsi arasından seçilən bu brendin təməlində Rionun dağları, günəşi, dənizi dayanır. Dağ yaşıl, günəş sarı, dəniz mavi rəngdədir və bu da Braziliyanın milli bayrağının rənglərini əks etdirir. Onlar bir-biri ilə dalğa əyriləri formasında birləşərək əl-ələ tutub rəqs edən insanları - əsl karnaval ruhunu təcəssüm etdirir. "Rio 2016" sözləri də məhz bu komponentlə vəhdət şəklində işlənib. Rənglərin də öz mənası var. Onlar enerjini, harmoniyanı, rəngarəngliyi, təbiət coşğusunu və olimpiya ruhunu əks etdirir.

Xəbər 750 dəfə oxundu.