Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya kuboku yarışlarının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
İtaliyanın Yezolo şəhərində çimərlik futbolu üzrə dünya kuboku yarışlarının Avropa komandaları arasında seçmə mərhələsinin püşkü atılıb.

Seçmə mərhələnin oyunları bu il sentyabrın 2-dən 11-dək püşkatma mərasiminin təşkil olunduğu şəhərdə keçiriləcək.

Azərbaycan milli komandası Macarıstan, Fransa və Bolqarıstan yığmaları ilə birgə “G” qrupunda mübarizə aparacaq.

Xəbər 652 dəfə oxundu.