Qəbələnin rəqibi yeni oyunçu sifariş etdi
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu daha bir futbolçu sifariş edib. Fransızlar yeni aldıqları Yunus Sankareni də UEFA-ya göndərdikləri iştirak ərizəsinə daxil ediblər.

Seneqal yığmasının 27 yaşlı futbolçusu "Qəbələ"yə qarşı cavab matçında meydana çıxa bilər. O, yeni klubunda 4 nömrəli futbolkada oynayacaq.

Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı bu gün saat 21:00-da start götürəcək.

Xəbər 678 dəfə oxundu.