Zeynəb ŞPA Kubokunu qələbə ilə başa vurdu
Zeynəb Məmmədyarova Tiflisdə qadınlar arasında sürətli şahmat üzrə ŞPA Kubokunu qələbə ilə başa vurdu. Lakin bu, yalnız son tura aiddir. İdman.com.az saytının məlumatına görə, öncəki 10 görüşünün hamısında məğlub olan Zeynəb yalnız sonuncu turda bolqarıstanlı keçmiş dünya çempionu Antoanetta Stefanovaya qalib gəlib.

Təmsilçimiz bu gün daha öncə isveçli Piya Kramlinqə və rusiyalı Aleksandra Kostenyuka yenilib.
Məmmədyarova turniri 1 xalla sonuncu pillədə başa vurub. Ən yüksək nəticəni hərəyə 8 xalla gürcüstanlı Nana Caqnidze və isveçli Piya Kramlinq göstəriblər. Onlar arasında əlavə tay-brekdə üstün olan Caqnidze kuboka sahib olub.

Xəbər 1122 dəfə oxundu.