Qarabağ - İnter matçının proqramında dəyişiklik
Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün 1-ci turunda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub. Ağdam klubunun stadionu - "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün "İnter"lə ilk oyun səfərdə - "İnter Arena"da baş tutacaq.

Qarşılaşma avqustun 7-də keçiriləcək.

Xəbər 742 dəfə oxundu.