Çimərlik futbolu üzrə Azərbaycan millisi Bolqarıstan, Danimarka və Macarıstan yığmaları ilə qarşılaşacaq | |
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək. Millimizin oyunlarının təqvimi müəyyənləşib. Futbolçularımız avqustun 12-də Bolqarıstan, bir gün sonra Danimarka, avqustun 14-də isə Macarıstan yığması ilə qarşılaşacaq. İlk iki oyun Bakı vaxtı ilə saat 14:15-də, üçüncü qarşılaşma isə 19:00-da başlayacaq. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|