"Sumqayıt" iki futbolçu ilə müqavilə imzalayıb
Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünə hazırlaşan "Sumqayıt" futbol klubu heyətini gücləndirib.

Komanda İran Pro-liqasında çıxış edən "Traktorsazi" və "Perspolis" klublarının keçmiş futbolçuları, əslən azərbaycanlı olan İbrahim Abidnejad və Əfşin İsmailzadə ilə iki illik müqavilə imzalayıb.

Xəbər 748 dəfə oxundu.