Cavadov kiminlə barışmağa hazırdır? | |
Azərbaycan yığmasının heyətindən kənarlaşdırılan Vaqif Cavadov maraqlı açıqlamaları ilə diqqət çəkib. İdman.com.az saytı day.az radiosuna istinadən xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu baş məşqçi Berti Foqtsla barışmağa hazır olduğunu bildirib: "Foqtsla barışmağa hazıram. Ona görə yox ki, Foqts DÇ-2014-ün seçmə mərhələsində də Azərbaycan millisini çalışdıracaq. Mən bu addımı yalnız milli komanda üçün atacağam. Qoy, AFFA mənim sözlərimi nəzərində saxlasın". Qeyd edək ki, Vaqif AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan Avstriya ilə görüşdən (1:4) sonra Azərbaycan millisinin heyətindən kənarlaşdırılmışdı. |
|
Xəbər 1031 dəfə oxundu. |
|
|