Ə.M.H. Çoudrinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının idman sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Ənvər Mühəmməd Hüseyn Çoudri “Şöhrət” ordeni ilə təltif edilsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2001-ci il.

Xəbər 998 dəfə oxundu.