Qurban Qurbanov: "Əfsuslar olsun ki, futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur"
Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsində son Çexiya çempionu "Viktoriya Plzen"lə 1:1 hesablı heç-heçə edərək mübarizə Avroliqanın pley-off mərhələsində davam etdirəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Çox istəyirdik ki, qalib gələk. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Hər bir insan qalib gəlmək istəyir. Son vaxtlar stadionda belə anşlaq olduğunu xatırlamıram, azarkeşlərə də təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki, futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur. Qol vurmağa çalışdıq. Futbolçular əllərindən gələni etdilər. Amma sonluq yaxşı olmadı. Rəqibi təbrik edirəm. Daxili çempionat başlayacaq. Onunla yanaşı, Avroliqanın pley-offunda çıxış edəcəyik. Bəlkə də,bu oyunu unutmaq çətin olacaq. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm".

Xəbər 671 dəfə oxundu.