T. Bax: Olimpiya kəndində bütün atletlər üçün münasib şərait yaradılıb
Bütün olimpiyaçılar üçün Olimpiya kəndində eyni və münasib şərait yaradılıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun 129-cu qurultayının açılış mərasimində çıxış edib. T. Bax Olimpiya kəndində artıq məskunlaşmış bəzi ölkə yığmalarının ərazidə yararsız şəraitin olması ilə bağlı şıkayətlərinə də aydınlıq gətirib. Braziliyaya səfər edən kimi idmançılara yaradılan şəraitlə tanış olmaq məqsədilə birbaşa atletlər kəndinə baş çəkdim. Deməliyəm ki, burada bütün iştirakçılar üçün münasib şərait yaradılıb. Çoxları ilə söhbətləşmişəm. Onlar yaşayış və məşq üçün yaradılan gözəl vəziyyətdən razıdırlar. Fikirləri də çox vacibdir.

Qeyd edək ki, Olimpiya Oyunları avqustun 5-də start götürəcək və cari ayın 21-dək davam edəcək.

Xəbər 848 dəfə oxundu.