Azərbaycan millisinin Avropa Liqasının seçmə mərhələsi üçün heyəti açıqlanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək.

Millimizin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev və Hikmət Bağırov yer alıblar.

Xəbər 647 dəfə oxundu.