Reqbi üzrə Bakı şəhər yığması Gürcüstanda bürünc medal qazanıb
Reqbi üzrə Bakı şəhər yığma komandası məşqçi Vaqif Səadətxanın rəhbərliyi altında Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Turnirdə Bakı millisi ilə yanaşı, Rusiya, Türkiyə və Gürcüstandan 10 komanda birincilik uğrunda mübarizə aparıb.

Komandamız yüksək əzmkarlıq göstərərək bürünc medala sahib olub.

Üç gün davam edən turnirdən sonra komandamızın təlim-məşq toplanışı keçirilib.

Xəbər 659 dəfə oxundu.