Futbol üzrə “Sevinc” kuboku uğrunda Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim-İdman Bazasının meydançasında futbol üzrə “Sevinc” kuboku uğrunda Bakı birinciliyi keçirilib.

İki yaş qrupu üzrə keçirilən yarışda Bakıdan 11 komanda iştirak edib.

2002-2003-cü il təvəllüdlülər arasında keçirilən yarışın final oyununda “Xətai” ilə qarşılaşan “Yasamal” komandası 3:1 hesabı ilə qalib gələrək kuboka sahib olub. “Xəzər” komandası isə bürünc medal qazanıb.

2004-2005-ci il təvəllüdlü futbolçuların yarışında isə “Qarabağ” birinci, “Xəzər” ikinci, “Xətai” komandası isə üçüncü olub.

Yarışda ilk üç yeri tutmuş komandalara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilib.

Xəbər 786 dəfə oxundu.