“Qarabağ” klubu “Viktoriya” ilə matçın hazırlığını tamamlayıb
Xəbər verdiyimiz kimi, futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Ağdamın “Qarabağ” klubu son Çexiya çempionu “Viktoriya”nı (Plzen) qəbul edəcək.

Komandamız “Azərsun Arena”da oyun öncəsi son məşqinə çıxıb. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər və azarkeşlər üçün açıq olub.

Qeyd edək ki, “Qarabağ”-“Viktoriya” oyunu avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:30-da başlayacaq.

Xəbər 657 dəfə oxundu.