Qarabağın oyununa 22 mindən çox bilet satılıb
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la Çexiya çempionu "Viktoriya" arasında baş tutacaq cavab oyununa bilet satışı davam edir. Artıq bu oyuna 22 mindən çox bilet satılıb.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:30-da start götürəcək.

Xəbər 682 dəfə oxundu.