Qəbələ - Kəpəz matçının tarixi dəyişdirildi
Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qəbələ" - "Kəpəz" oyununun tarixi dəyişdirilib. Öncədən bu oyunun avqustun 7-də keçiriləcəyi xəbər verilirdi.

Lakin qarşılaşma bir gün sonraya - avqustun 8-nə keçirilib.

Qeyd edək ki, bu, "Qəbələ"nin avqustun 4-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi cavab oyununa görə edilib.

Xəbər 655 dəfə oxundu.