“Neftçi” klubu rumıniyalı hücumçu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubu rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb.

Gənc hücumçu növbəti 1 il ərzində Bakı təmsilçisinin formasını geyinəcək.

2009-2010-cü illərdə İtaliyanın “Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb.

2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.

Xəbər 672 dəfə oxundu.