Sumqayıt Zirə ilə oyunun hazırlığını davam etdirir
Topaz Premyer Liqasının 2016/2017 mövsümünün ilk turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Bu gün Samir Abasovun rəhbərlik etdiyi komanda "Sumqayıt Arena"da axşam məşqinə çıxıb.

Daha çox toplu çalışmalara üstünlük verən komandanın heyətində zədəli futbolçular yer alır. Belə ki, müdafiəçi Mikayıl Rəhimov və hücumçu Məhəmməd Qurbanov axşam çalışmasını fərdi məşqlə tamamlayıb.

Xəbər 656 dəfə oxundu.