Kəpəzdən böyükhesablı qələbə
“Kəpəz” qarşıdakı mövsüm öncəsi son yoxlama oyununu keçirib. Bakıda məşq edən Gəncə təmsilçisi birinci divizionda çıxış edən “Şərurspor” ilə qarşılaşıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında reallaşan oyun “sarı-göylər”in böyükhesablı qələbəsi ilə başa çatıb.

İlk yarıda Orxan Əliyev və Tural Qürbətov fərqlənib. Fasilədən sonra Julien Ebah dubl edib. Komandanın beşinci qoluna Dario Frederiko imza atıb. Oyunun sonlarına doğru Orxan daha bir dəfə rəqib torunu silkələyərək son nöqtəni qoyub – 6:1.

Xəbər 654 dəfə oxundu.