Zirə oyunoncəsi son məşqə çıxdı
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” hazırlığın son mərhələsindədir. Zirəlilər bu gün qardaş ölkədə ikinci yoxlama oyununa çıxacaq.

“Qartallar”ın rəqibi Türkiyənin “Göztəpə” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Dünən baş məşqçi Adil Şükürov komandanı oyunöncəsi son məşqə çıxarıb. Futbolçular taktiki-texniki çalışmalarla qarşılaşmaya hazırlaşıblar.

Xəbər 800 dəfə oxundu.