Yan Kopiç: Qarabağa qalib gəlmək istəyirik
Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Yan Kopiç Çempionlar Liqasının üçüncü təsniat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Geniş heyətimiz var. Odur ki, baş məşqçimizin cavab oyununda heyətlə bağlı hansısa dəyişiklik etməsi mümkündür. Hər bir futbolçu oynamaq, özünü göstərmək istəyir. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Cavab oyununda da hər birimiz maksimum güc sərf edəcəyik. Qələbə qazanmaq istəyirik".

Xəbər 960 dəfə oxundu.