Balkan ölkələri çempionatında iki medal
İstanbulda yüngül atletika üzrə Balkan ölkələrin çempionatı start götürüb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan atletləri yarışın ilk günündə iki medal qazanıblar. 3000 m məsafəyə yarışda Hayle İbrahimov 7.42 dəq. Nəticə ilə finiş xəttini birinci keçib. Layeş Abdullayeva ikinci olub. O, məsafəni 9.24 dəqiqəyə qət edib.

Xəbər 1381 dəfə oxundu.