Nərd oyunu üzrə rayon çempionatı keçirilib
25-26 iyul tarixlərdə Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci il dönümü münasibəti ilə ahıl və gənclər arasında nərd oyunu üzrə rayon çempionatı keçirilib.

24 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi nərd üzrə istedadlı oyunçuların aşkar edilməsi və milli nərd oyununun təbliği və inkişaf etdirilməsi olub.

Sonda ilk üç yeri tutmuş idmançılar Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1402 dəfə oxundu.