Zirə Göztəpə ilə oyuna hazırlaşır
“Zirə” Türkiyədəki hazırlığını davam etdirir. “Qartallar” dünənki bərpadan sonra bu gün iki dəfə məşqə çıxıblar.

Səhər futbolçular güc məşqini ediblər. Bura toplu və topsuz hərəkətlər daxil idi. Məşqin sonunda baş məşqçi Adil Şükürov komandanı top saxlamaq üzərində çalışdırıb.

Axşam məşqi səhərkindən fərqli idi. Bu dəfə “qartallar” taktiki-texniki hazırlığın yüksəldilməsinə çalışıblar. Komanda sabah bir məşqlə kifayətlənəcək. Bu Boludakı 2-ci yoxlama oyunu öncəsi son hazırlıq olacaq.

“Zirə” iyulun 29-da Türkiyənin “Göztəpə” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 640 dəfə oxundu.