Azərbaycan idmançısı qraplinq üzrə Avropa çempionatında gümüş medala sahib olub
“Neftçi İdman Klubu”nun təmsilçisi Hacımurad Purtiyev (84 kq) İtaliyanın paytaxtı Romada keçirilən qraplinq üzrə Avropa çempionatında uğurlu çıxış edib.

İdmançımız yarışda böyük əzmkarlıq nümayiş etdirərək qitə çempionatının gümüş medalını qazanıb.

İtaliya, Ukrayna və İspaniya təmsilçiləri üzərində qələbə qazanan H.Purtiyev finala yüksəlib. O, yalnız həlledici qarşılaşmada Fransa idmançısına məğlub olub və fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Xəbər 735 dəfə oxundu.