“Qaradağ Lökbatan” klubu yoldaşlıq oyununda qalib gəlib
Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan "Qaradağ Lökbatan” komandası 2016-2017-ci il mövsümünə hazırlıqları davam etdirir.

Ötən mövsümü ikinci yerdə başa vuran komanda “Səbail” klubu ilə yoldaşlıq oyunu keçirib. Bayıl stadionunda təşkil olunan qarşılaşma “Qaradağ Lökbatan”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Lökbatan təmsilçisinin heyətində Rüfət Məmmədov dubl edib, Elgün Abbaslı və Emin Mustafayev isə hərəyə bir dəfə fərqləniblər.

Xəbər 737 dəfə oxundu.