Sabah Çellenc kubokunda mübarizə başlayır
Fevralın 22-də qadın voleybolçular arasında Çellenc kubokunun 1/4 finalında ilk oyunlara start veriləcək. İdman.com.az saytının məlumatına görə, bu mərhələdə ölkəmizin “Lokomotiv” və “Bakı” klubları 1-ci görüşlərini səfərdə keçirəcəklər. «Dəmiryolçular» Çex Respublikasında «Brno»nu, paytaxtımızın eyniadlı komandası Rusiyada “Omiçka”nı sınağa çəkəcəklər. «İdman» qəzetinin voleybol üzrə mütəxəssisləri hər 2 cütdə Azərbaycan klublarını favorit görürlər. Amma onlar istisna etmirlər ki, qaliblərdən biri «qızıl set»dən sonra müəyyənləşə bilər.

Çellenc kuboku. Qadınlar
1/4 final mərhələsi, ilk oyunlar
22 fevral

15:30. “Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan)
Hakimlər: Aleksandr Piasetski (Belarus), Kaspars Timermanis (Latviya)
Omsk, Viktor Blinov adına İdman-Konsert Kompleksi.

21:05. “Brno” (Çex Resp.) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Cihat Firincioğlu (Türkiyə), Emmanouil Geoegiadis (Yunanıstan)
Brno, «Mestska» Voleybol Sarayı.

Xəbər 931 dəfə oxundu.