Qarabağ Azərbaycanın xal ehtiyatını yaxşılaşdırdı
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Çexiyada “Viktoriya” ilə səfər qarşılaşmasında qeydə alınan 0:0 hesablı nəticə əmsalımızın artımına səbəb olub. Bununla da ölkəmiz reytinq cədvəlində daha 0.125 qazanıb.

Hazırda Azərbaycanın 15.500 reytinq xalı var. Bu göstərici ilə ölkəmiz əvvəlki kimi, 24-cü pillədədi.

Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 0.750, “Qarabağ” 0.500, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib.

Xəbər 793 dəfə oxundu.