“Neftçi İdman Klubu”nun idmançıları güllə atıcılığı üzrə Azərbaycan çempionatında 9 medal qazanıblar
Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yetirmələri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Klubun güllə atıcıları çempionatda 9 dəfə fəxri kürsüyə qalxıblar.

Kişilər arasında Ruslan Lunyov 10 metrdə qızıl, 50 metr məsafəyə atəşaçma yarışında isə gümüş medala yiyələnib. Rəsul Məmmədov 50 metr məsafəyə atəşaçma yarışında çempion adını qazanıb. Elvin Astanov isə 10 metr məsafəyə atəşaçma yarışında ikinci olub.

Zərif cinsin nümayəndələrindən Zərifə Qasımova 10 və 25 metr məsafəyə atəşaçma yarışlarının hər ikisində gümüş medal qazanıb. Cəmilə Kazımlı 10 metr məsafəyə atəşaçmada bürünc medala sahib olub. Leyla Mirzəzadə isə 25 metrdə eyni uğura imza atıb. Klubun digər yetirməsi Xəyalə Hüseynli isə tüfəngdən atəşaçma yarışlarında 401,9 xalla liderliyə yüksəlib.

Xəbər 947 dəfə oxundu.