AZAL gürcü forvardla müqavilə bağlayır
AZAL heyətinə yeni futbolçu qatmağa hazırlaşır. "Təyyarəçilər" gürcü hücumçu David Janelidze ilə güclənmək istəyir.

Ötən mövsüm birinci divizionda "Neftçala"nın heyətində top qovan forvarla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Janelidze daha öncə "Zestafoni", Kutaisi "Torpedo"su, Latviya "Skonto"su, Azərbaycanın "Turan" və "Araz Naxçıvan" klublarında çıxış edib.

Xəbər 684 dəfə oxundu.