AFFA nümayəndələri “fair play” tədbirində
Fevralın 22-23-də UEFA tərəfindən təşkil olunmuş “Financial Fair Play İT” təqdimat keçiriləcək. İdman.com.az saytının məlumatına görə, tədbirdə Azərbaycanı AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbər müavini İlqar Əliyev və Lisenziyalaşdırma Qrupunun Maliyyə və Kadr-İnzibati meyarları üzrə eksperti Bəhram Dadaşov təmsil edəcək. Onların hər ikisi Gürcüstan paytaxtı Tiflisdə baş tutacaq təqdimata qatılacaqlar.

Xəbər 1287 dəfə oxundu.