Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- on gün müddətində Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin xərclər smetasını və işçilərinin say həddini təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı tədbirlər haqqında” 1994-cü il 3 sentyabr tarixli 199 nömrəli və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” 1994-cü il 3 sentyabr tarixli 200 nömrəli Fərmanları qüvvədən düşmüş hesab edilsin.
4. bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2001-ci il.

Xəbər 1366 dəfə oxundu.