Premyer Liqanın püşkü atıldı
Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçilib. Mərasim AFFA-nın inzibati binasında təşkil olunub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələrinin də iştirak edəcəyi mərasimdə iştirakçı komandalar ilk turdakı rəqiblərini tanıyıblar.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada 8 klub mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "İnter", "Qəbələ", "Kəpəz", "Neftçi", "Sumqayıt" və AZAL-dır.

Püşkatmanın nəticəsi belə olub:

Premyer Liqa
1-ci tur

"Qəbələ" - "Kəpəz"
"Qarabağ" - "İnter"
"Zirə" - "Sumqayıt"
AZAL - "Neftçi"

Xəbər 690 dəfə oxundu.